Ərdoğan: "Putin mənə zəng edib dedi ki, Əsədin vəkili deyiləm"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Moskvanın Bəşər Əsədə qarşı mövqeyinin dəyişdiyini iddia edib. APA TV-nin məlumatına görə, o, bu barədə "Reuters"ə müsahibəsində deyib.

Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra bu qənaətə gəldiyini bildirib: "Cənab Putin mənə zəng etdi və dedi ki, siz məni düzgün başa düşün, mən Əsədi müdafiə etmirəm, onun vəkili də deyiləm".

Türkiyənin dövlət başçısı qeyd edib ki, nə qədər ki, Əsəd hakimiyyətdədir, Suriyada müharibə bitməyəcək və sülh əldə olunmayacaq.

Xatırladaq ki, Kreml dəfələrlə Əsədin taleyini Suriya xalqının müəyyənləşdirməli olduğunu bəyan edib.


 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR