İŞİD İraq və Suriyada strateji mövqelərini itirdi - ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR
İraq ordusu Mosulun qərb hissəsində böyük bir ərazini İŞİD-dən təmizləyib. APA TV-nin Rusiya mətbuatına istindən məlumatına görə, hökumət qüvvələrinin bu qələbəsi Mosul əməliyyatı başlayandan bəri ən həcmcə ən böyüyüdür.
Mosulun ət-Tanek səmtinin hazırda İraq ordusunun tam nəzarətində olduğu vurğulanır.
Bundan əlavə yerli özünümüdafiə qüvvələri də İŞİD-ə qarşı hücuma keçib. Onlar Mosulun yaxınlığında olan Hətra qəsəbəsi ətrafında möhkəmlənib. Həmin qəsəbə Mosulun cənubunda yerləşir. Hökumət qüvvələrinə və yerli batalyonlara havadan dəstək verilir.
Bu arada İŞİD Suriyada da mövqelərini itirir. "Demokratik Suriya Gücləri" Rəqqa yolu üzərindəki Tabqa şəhərini azad etdiklərini açıqlayıb. Şəhərin tam yarısı indi onların nəzarətindədir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır