Şimali Koreya və ABŞ orduları üz-üzə dayandı - MÜHARİBƏ TƏHLÜKƏSİ

Dünyanın ən böyük sualtı gəmilərindən biri - "Michigan" Koreya sahillərinə yan alıb. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, ABŞ hərbi donanmasına məxsus gəmi Cənubi Koreya ilə birgə keçiriləcək təlimlərə qatılacaq.

Təlimlər isə artıq başlayıb. Hazırda Sarı dənizdə "Karl Vinson" aviadaşıyıcısı və 70-dən çox qırıcı və helikopter var. Bundan əlavə onlara 24 ədəd F/A 1 bombardmançıыı da qoşulacaq.

Zərbə qrupuna iki esmines və raket atma qabiliyyətinə malik bir kreyser də daxildir.

Ekspertlər bölgədəki vəziyyətin olduqca təhlükəli olduğunu bildirir. Buna əsas səbəb kimi Şimali Koreyanın istənilən an hətta nüvə zərbəsi endirə biləcəyi göstərilir.  

Bu arada Pxenyan aprelin 25-də ordu günü münasibətilə Vonsan limanı yaxınlığında artilleriya təlimləri keçirib. Təlimlərdə ölkənin lideri Kim Çen In şəxsən iştirak edib.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR