Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən məhsullar yandırıldı

Dövlət Gömrük Komitəsi qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən məhsulları məhv edib.

 

APA TV-nin xəbərinə görə, ümumi həcmi 169 433 ton qutu təşkil edən müxtəlif adda tütün məmulatları qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilərkən Xaçmaz, Astara, Tovuz, Biləsuvar Gömrük İdarəsinin əməkdaşları tərəfindən tutularaq məhkəmə qərarları ilə müsadirə edilib.

 

Komitənin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş İdarəsinin rəis müavini Güloğlan Muradlı bildirib ki, Sabunçu rayon Məhkəməsinin qərarı ilə siqaretlər məhv edilir: "Bu malların içində bir qismi alkoqollu içkilər və tütün məmulatlarıdır. Qaçaqmalçılar onlar üçün müəyyənləşdirilmiş yüksək gömrük ödənişlərindən qaydalarından yayınmaq üçün qanunsuz yollara əl atırlar. Hətta tərkibində yararsız maddələr olan alkoqollu içkiləri gətirməklə istehlakçıların sağlamlığı üçün təhlükə törədirlər".  

 

Bundan əlavə, 42 kiloqram kolbasa, 46 kiloqram hisə verilmiş balıq, 29,5 kiloqram və 41 ədəd 113 kiloqram kürü, məhkəmə qərarları əsasında müsadirə edilib. 415 adda müxtəlif növ pivə, 2 211 ədəd araq və kustar üsulla hazırlanmış 887 litr şərab müvafiq məhkəmə qərarı əsasında müsadirə edilib. Müsadirə olunan müxtəlif mineral sular, limonad, kofe, sərinləşdirici içkilərə gəlincə, onların arasında 1 160 ədəd mineral su, 3 708 ədəd limonad, 850 ədəd kofe, 6 763 ədəd sərinləşdirici içki də var.

 

Rəis müavininin sözlərinə görə, 20 min ədəd geyim paltarı üçün etiketlər də məhv edilən məhsullar sırasındadır. Bundan başqa, müsadirə olunan 459 mobil telefon qaçaqmalçılıqla ölkəyə gətirilən məhsullar siyahısına aid edilib.

 

Müsadirə olunan mallar Məhvetmə Komissiyasının və DGK-nın səlahiyyətli nümayəndələrinin iştirakı ilə məhv edilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR