Türkiyə bir gündə 5 şəhid verdi

Türkiyə baş verən üç terror aktı nəticəsində 5 hərbçi şəhid olub, beşi yaralanıb.

 

APA TV-nin məlumatına görə, Şırnak vilayətinin Uludərə qəsəbəsində axtarış aparan hərbçilər düzəngah ərazidən keçərkən əldəqayırma bomba partladılıb.

 

PKK terrorçularının törətdiyi partlayış nəticəsində iki hərbçi yaralanıb. Şırnak Dövlət Xəstəxanasına çatdırılan yaralıları xilas etmək mümkün olmayıb.

 

Qars vilayətinin Kağızman qəsəbəsində də partlayış baş verib. PKK terrorçularının əvvəldən yerləşdirdiyi minanın partladılması nəticəsində ərazidə axtarış aparan iki hərbçi şəhid olub, biri yaralanıb.

 

Bitlis vilayətində də partlayış baş verib. Sehi meşələri bölgəsində hələlik bəlli olmayan səbəbdən baş verən partlayış nəticəsində bir hərbçi şəhid olub, iki hərbçi isə yaralanıb.

 

Hər iki bölgədə təhlükəsizlik qüvvələri əməliyyatlara başlayıb.

 

Qeyd edək ki, Türkiyədə son günlər PKK terror təşkilatına qarşı iri miqyaslı anti-terror əməliyyatları keçirilir. Əməliyyatlar zamanı onlarla terrorçu məhv edilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR