Bakı şəhər prokuroru Ali Məhkəmənin üzvü oldu

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

 

APA TV-nin xəbərinə görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda Ali Məhkəməyə yeni hakimin seçilməsi məsələsinə baxılıb.

 

Əziz Seyidovun Ali Məhkəmənin hakimliyinə namizədliyi irəli sürülüb.

 

Millət vəkilləri Əziz Seyidovun Ali Məhkəmənin hakimi təyinatının lehinə səs veriblər. Bununla da Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib.

 

Qeyd edək ki, Bakı şəhər prokuroru Ə.Seyidovun səlahiyyət müddəti bu il başa çatıb.

 

Parlament "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edib. Layihəyə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçiriləcək.

 

Layihədə qeyd olunub ki, bu, texniki baxışı həyata keçirən qurumların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir. Qanuna əsasən, istehsal olunduqları vaxtdan 4 il keçdikdə 2 ildə bir dəfə, istehsal olunduqları vaxtdan 10 il keçdikdə - ildə bir dəfə texniki baxışın keçirilməsi nəzərdə tutulur.

 

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR