Tramp Azərbaycana maliyyə yardımını dayandırır
ABŞ prezidenti Donald Tramp Azərbaycana ayrılan maliyyə yardımını dayandırmaq niyyətindədir.
APA-nın “foreignpolicy.com”a istinadən verdiyi məlumata görə, bu barədə məlumat ABŞ Dövlət Departamentinin büdcə layihəsində əksini tapıb.
Layihədə Avropa, Avrasiya və Mərkəzi Asiya ölkələrinə ayrılan vəsaitdən Azərbaycanın payına düşən 7,716 milyon dollar maliyyə yardımı tam dayandırılıb. Ermənistan üçün nəzərdə tutulan 17,633 milyon maliyyə dəstəyi isə 77,3 faiz azaldılaraq 4 milyona endirilib.
Sənəd təsdiqlənəcəyi təqdirdə, 100-dək ölkədə fəaliyyət göstərən USAİD regional bürolarının sayını 65% azaldacağını açıqlayıb.
Bununla belə, Konqresin prezidentin ixtisarlarını tam dəstəkləməyəcəyi gözlənilir. Respublikaçı senator Lindsi Qren Trampın büdcə layihəsini ölü adlandırıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır