Şimali Koreya yeni sınağa hazırlaşır, senatorlar Ağ Evdə toplanır
Şimali Koreyada ordunun yaranmasının 25-ci ildönümü münasibətilə artilleriyadan silsilə atəş açılıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ekspertlərin fikrincə ölkədə 25 aprel - 9 may aralığında raket sınağının da həyata keçiriləcəyi gözlənilir.
Bununla bağlı bütün hazırlıq işləri yekunlaşsa da, rəsmi Pxenyan yayılan məlumatları hələlik təsdiq etmir.
Bu arada, raket sınağı ilə bağlı xəbərlərin yayılmasından sonra ABŞ Senatının tam tərkibdə Ağ Evdə toplanacağı məlum olub ki, bu da son dərəcə xüsusi durumlarda baş verir. Müşavirədə həmçinin müdafiə naziri Ceyms Mettis və dövlət katibi Reks Tillerson da iştirak edəcək.
Qeyd edək ki, son həftələrdə rəsmi Vaşinqton dəfələrlə Pxenyanın addımlarından narahatlığını ifadə edərək bu addımın ABŞ-la yanaşı, Asiya-Sakit Okean regionu üçün də təhlükə yaradacağını bəyan edib. Prezident Donald Tramp isə Şimali Koreyanı həlli vacib beynəlxalq problem adlandırıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır