Bakıda küləkli hava şəraiti davam edəcək

Aprelin 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə 6-9, gündüz 14-18, Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında aprelin 26-da bəzi yerlərdə arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir. 

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR