Obamaya bir çıxışına görə rekord məbləğ ödəniləcək

ABŞ-ın keçmiş dövlət başçısı Barak Obama postunu tərk etdikdən sonra ilk dəfə publika qarşısına çıxıb.

 

APA TV-nin "Fox Business"ə istinadən məlumatına görə, eks-prezident Çikaqo universitetində tələbələr qarşısında çıxış edib.

Obama siyasətdən danışmayıb və heç bir cümləsində xələfi Donald Trampın adını çəkməyib.

Barak Obamanın bundan sonra bir də sentyabrda "Cantor Fitzgerald" firmasının səhiyyənin inkişafına həsr olunmuş tədbirində çıxış edəcəyi gözlənilir. O, bu tədbirdə iştirakına görə 400 min dollar alacaq.

Bu rəqəm Hillari Klintonun bir çıxışa görə aldığı qonorarın iki misli deməkdir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR