"Holcim" İŞİD-ə xərac ödəyib - QALMAQAL
"LafargeHolcim Group" 2012 və 2014-cü illərdə Suriyada fəaliyyətini davam etdirmək üçün İŞİD terror təşkilatı və bəzi silahlı qruplaşmalara pul ödəyib.
APA TV-nin məlumatına görə, bu barədə "Financial Times" yazır.
Nəşrin iddiasına görə, şirkət daxili araşdırmaların nəticəsi olaraq şirkətin baş icraçı direktoru Erik Olsen istefa verib.
"Şirkətin bəzi əməkdaşları etiraf ediblər ki, nəhəng sement istehsalçısı Suriyanın Cələbiyə adlanan ərazisində yerləşən zavodun təhlükəsiz fəaliyyət göstərməsi üçün bəzi "qəbuledilməz razılaşmaları" qəbul edib", - deyə məlumatda qeyd edilib.
Fransa mətbuatına danışan şirkətin bəzi əməkdaşları isə bildirib ki, qeyri-qanuni ödənişlərin bir qismi birbaşa olaraq İŞİD-ə göndərilib, əvəzində terror təşkilatı zavodun təhlükəsizliyini təmin edib.
Qeyd edək ki, "Holcim (Azərbaycan)" (keçmiş "Qaradağ Sement") "LafargeHolcim Group"un törəmə müəssisəsidir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır