Cəlilabadda yaşayış evi külə döndü
Cəlilabadda fərdi yaşayış evində yanğın olub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Çinar kəndində Zöhrab Musayevə məxsus fərdi yaşayış evində qeydə alınıb.
Axşam saatlarında başlayan yanğın bütün evi bürüyüb. Yanğın zamanı evdə azyaşlı uşaqdan savayı kimsə olmayıb. Yanğından xəbər tutan ana Züleyxa Musayeva təkcə azyaşlını evdən çıxarmağa macal tapıb: "Təzə gəlinimin cehizləri, qızılların hamısı yanıb, külə dönüb. Evdən bir stəkan da çıxarmamışam. Evdə olmamışam. Kəndim yığılıb hamı köməyə. Evə girə bilməyiblər".
Sahibi Zöhrab Musayev deyib ki, evi bürüyən yanğın bütün əşyaları tamamilə külə döndərib. İlkin ehtimala görə, yanğın elektrik naqillərindəki qısaqapanmadan baş verib: "50 dəfə müraciət eləmişik, bizim bu elektrik xətlərini düzəldən yoxdur. İşıqdan soyuducu partlayıb, evim bütün yanıb. Üç ailə çöldə qalıb".
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır