Cəbhədə erməni əsgəri məhv edildi

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgəri ölüb. APA TV-nin məlumatına görə, erməni mətbuatı hərbçinin qarşı tərəfdən açılan atəş nəticəsində vurulduğunu yazır.

Hadisənin aprelin 24-də saat 17:50 radələrində təmas xəttinin şərq istiqamətində qeydə alındığı bildirilir.

Ölən əsgər 1997-ci təvəllüdlü Narek Amayakoviç Arutyunyandır.

Xatırladaq ki, son günlər Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarında düşmən tərəfin cəbhədə gərginliyi artırdığı və mövqelərimizin minaatanlardan və snayperlərdən atəşə tutulduğu qeyd edilir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR