Neft bazarında qeyri-müəyyənlik: ABŞ VƏ OPEK-İN MÜBARİZƏSİ FONUNDA

Dünya bazarında xam neftin qiymətində 30 sentlik bahalaşma var.

 

APA TV-nin məlumatına görə, "Brent" markalı neft birjalarda hazırda 52,34 dollardan satılır. Bu ötən günün qiymətlərindən ucuz olsa da, günün başlanğıcından 10 saatlıq müddətdə bu markadan olan neft satışında bahalaşma qeydə alınıb.

 

Qərbi Texas nefti ötən günə nisbətən ucuzlaşsa da, son saatlar ərzində bahalaşma var. WTİ nefti həftənin ilk günü 49,87 dollardan satılırdısa, hazırda bu markadan olan neft 49,44 dollara təklif olunur. Bu isə ötən günün son satışlarına nisbətən 21 faiz bahalaşma deməkdir.

 

Mütəxəssislərin fikrinə görə, ABŞ neft ehtiyatlarının ardıcıl olaraq üç həftə azalma tendensiyası davam edəcək. Təxminən 1,95 milyon barel azalma ehtimal olunur. Ehtiyatların azalmasına baxmayaq keçdiyimiz həftələr ərzində neftin qiymətlərində bahalaşma qeydə alınmayıb.

 

Rusiyanın enerji naziri Aleksandr Novak OPEK-in hasilatın dondurulması razılaşmasının uzadılması məqsədi ilə ölkədəki neft şirkətlərinin rəhbərləri ilə müzakirələr aparacaq. Əlavə edək ki, razılaşmanın iki açar ölkəsi Səudiyyə Ərəbistanı və Rusiyadır.

 

OPEK ölkələri aprel ayında sona çatacaq istehsalın azaldılması anlaşmasının uzadılmasını müzakirə edərkən, ABŞ istehsalçıları neft quyularının sayını artırmağa çalışır. Bu iki proses qiymətlərin kəskin dəyişməsinin qarşısını alır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR