Tovuzda idarə rəisinin qətlinə görə mühasib tutuldu
"Azərsığorta" dövlət şığorta şirkətinin Tovuz filialının direktoru Raya Bayramovanı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, həmin şəxs filialın mühasibi 1965-ci il təvəllüdlü Vəliyev Vidadi Bəhmən oğludur.
O, 1956-cı il təvəllüdlü Raya Bayramovanın qətlində şübhəli bilinərək saxlanılıb. Cinayətin onun tərəfindən törədilməsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən kifayət qədər faktların olduğu bildirilir. Hazırda rayon Prokurorluğunda istintaq tədbirləri aparılır.
Qeyd edək ki, aprelin 22-də "Azərsığorta" dövlət şığorta şirkəti Tovuz filialının direktoru Raya Bayramovanın meyiti onun iş otağında tapılıb. Müayinə zamanı qadının küt alətlə qətlə yetirildiyi məlum olub. Filialın mühasibi Vidadi Vəliyev isə həmin gün rayon xəstəxanasına müraciət edərək işlədiyi binanın dam örtüyündən düşərək xəsarət aldığını demişdi.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır