TİKA-nın təmir etdirdiyi məktəb yenidən istifadəyə verildi
Ağdam rayonu 249 nömrəli tam orta məktəbinin TİKA tərəfindən təmir edildikdən sonra açılış mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Ağdam rayon Təhsil Şöbəsinin rəhbərliyi iştirak edib.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, rayon təhsil şöbəsinin müdiri və məktəbin direktoru çıxış edərək, Türkiyə ilə Azərbaycan arasındakı mövcud münasibətlərdən danışıblar. Habelə Azərbaycanda təhsil sahəsinə göstərilən diqqət yüksək dəyərləndirilib.
Daha sonra məktəbin sinif otaqlarına baxış keçirilib. Bildirilib ki, təmirdən sonra sinif otaqları müasir avadanlıqlar, zəruri vəsaitlərlə təchiz olunub.
Tədbirin sonunda Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır