Qarşıdakı 2 gün ərzində küləkli hava davam edəcək

"Sabah Bakıda və Abşeron yarımasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal qərb küləyi əsəcək. Ayın 26-sı günün birinci yarısından isə şimal-qərb küləyi şimal-şərq küləyi ilə əvəz olunacaq. Hava mülayim keçəcək".

 

Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Proqnozlar Bürosunun şöbə rəisi Fərqanə Həsənova paytaxtda müşahidə olunacaq hava şəraitini açıqlayıb: "Temperatur Bakıda və Abşeron yarımadasında 14-17 dərəcə isti təşkil edəcək. Bakıda və Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir".

 

"Regionlarda isə sabah şimşək çaxacağı, yağış yağacağı gözlənilir".

 

"Lakin 26-sı gündüzdən əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu mərkəzi aran rayonlarında 15-20 dərəcə isti, dağlıq ərazilərimizdə isə 8-13 dərəcə isti təşkil edəcək".

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR