Azərbaycanda saxta pul satanlar tutuldu
Azərbaycanda saxta pul əsginaslarının satışı ilə məşğul olan şəxslər tutulub.
APA TV-nin xəbərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini əvvəllər məhkum olunmuş İbrahim Qurbanovun tanışı Biləsuvar rayon sakini Ülvi Vahabzadə ilə birlikdə saxta pul əsginaslarının satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən xüsusi əməliyyat nəticəsində hər iki şəxs 6500 saxta manatı 2000 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar.
Saxlanılan şəxslərin qaldıqları mənzildən saxta pul əsginaslarını hazırlamaq üçün istifadə olunan xüsusi avadanlıqlar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.
İlkin ifadələri zamanı hər iki şəxs hazırladıqları saxta pulların həqiqi əsginaslardan seçilməməsi üçün lisenziyalaşdırılmamış xüsusi haker proqramlarından da istifadə etdiklərini bildiriblər. Həmin proqramlar vasitəsilə İ.Qurbanov və Ü.Vahabzadə saxta pulların üzərinə həqiqi manatlarda olan müdafiə nişanları və eskizlərini köçürüblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır