Paris qarışdı - SEÇKİSONRASI TOQQUŞMALAR

Fransada prezident seçkilərinin ilk turunun nəticələrinin açıqlanması Parisdə etirazlara səbəb olub.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, gecə boyunca "Milli Cəbhə" tərəfdarları ilə polis arasında yaşanan toqquşmalar zamanı 6 polis əməkdaşı və 3 nümayişçi xəsarət alıb.

 

Etirazçılar polisə daş, şüşə qablar və partlayıcı maddələr atıb. Bunun əvəzində isə təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və dəyənəkdən istifadə edib. Beləliklə, nümayişçiləri meydandan çıxarmaq mümkün olub.

 

Sıxışdırılan kütlə ara küçələrə yönələrək mağaza vitrinlərini və avtomobilləri əzib. Etirazçıların əksəriyyəti əsasən prezidentliyə namizəd Emmanuel Makron əleyhinə şüarlar səsləndirib, onu böyük kapitallı bankları dəstəkləməkdə ittiham ediblər.

 

Keçirilən nümayişlərdə 143 nəfər saxlanılıb, onlardan 29-u barəsində həbs qərarı çıxarılıb.

 

Qeyd edək ki, seçkilərin ilk turunda ölkənin sabiq maliyyə naziri Emmanuel Makron və "Milli Cəbhə" partiyasının lideri Marin Le Pen qalib gəlib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR