Ərdoğan fransız politoloqu məhkəməyə verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransız politoloqu məhkəməyə verib.

 

APA TV-nin məlumatına görə, Ərdoğanın vəkili Hüseyin Aydın prezidentin adından Ankara Cümhuriyyət Baş Prokurorluğuna dörd səhifəlik ərizə ilə müraciət edib.

 

Fransız politoloq Filipp Moreau Defarges televiziyada Ərdoğan haqqında çıxışına görə məhkəməyə verilib. Ərizədə Defargesin çıxışına da yer verilib: "Gördüyümüz qədəri ilə hüquqi yol bağlandı, ya vətəndaş müharibəsi, ya da deyilməsi çətin bir fərziyyə Ərdoğanın öldürülməsidir. Belə bir vəziyyətdə sui-qəsdi unutmayaq".

 

Ərizədə fransız politoloqun Türkiyədə mühakimə olunmasının qanunauyğun olduğu bildirilir. Defargesin PKK və FETÖ başda olmaqla terror təşkilatları ilə əlaqəsi və sui-qəsd təlimatını kimə verməsinin araşdırılması istənilir.

 

Artıq prokurorluqda araşdırma başlanıb. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR