Güclü külək məktəb binasının və zavodun damını uçurdu

Bu gün səhər saatlarında güclü gülək şimal bölgəsində bir sıra fəsadlar törədib.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, Quba rayonunun Qonaqkənd kəndində 2, Rustov kəndində 2, Nügədi Qazmalar kəndində 1, Cimi kəndində 1 yaşayış evinin və məktəb binasının damı uçub.

 

Güclü külək Şabran və Siyəzən rayonlarında bir yaşayış evinin damını aparıb. Siyəzəndə yerləşən kondensator zavodunun da damı uçub.

 

Qusar rayonunda külək yardımçı tikililərə və elektrik təsərrüfatına ziyan vurub. Elektrik dirəkləri aşıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

 

Xaçmazda isə külək bəzi ərazilərdə ağacları aşırıb, elektrik xətlərinə ziyan vurub.

 

Dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR