Bakıda yağış yağacaq, xəzri güclənəcək

Aprelin 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz güclü olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə  verilən məlumata görə, havanın temperaturu gecə 7-10, gündüz 14-17, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

  

Aprelin 25-də gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı  gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR