Onun gələcəyi sizdən asılıdır - HÜSEYNƏ KÖMƏK EDƏK!
8 yaşlı Hüseyn uşaq serebral iflicindən əziyyət çəkir. Xəstəlik fiziologiyasının tələb etdiyi kimi, il ərzində periodik olaraq müalicə almalıdır. Hər müalicəsi isə ailəsinə 500-1000 manata başa gəlir. Təbii ki, ailənin bu vəsaiti mütəmadi olaraq təmin etmək imkanları məhduddur.
Bibisi Rəsmiyyə Əliyevanın dediyinə görə, serebral iflic diaqnozunun tam olmasa da, qismən müalicəsi isə yalnız İsrail və Çində mümkündür: "Onun üçün də 45-50 min dollar civarında maddi yardım lazımdır. Bunu Türkiyədə deyiblər bir-iki ay bundan əvvəl. 11 dəfə İranda müalicə olunub, amma elə də böyük effekt verməyib. Bu elə xəstəlikdir ki, uzunmüddətli müalicə lazımdır".
Diaqnozu səbəbindən 8 yaşlı bu balacanın danışmaq, yerimək kimi vacib həyati funksiyaları da pozulub. Onu müayinə edən həkimlərin dediyinə görə, Hüseynin müalicəsi davamlı olaraq aparılarsa, danışmaq və sərbəst yerimək kimi vacib həyati funksiyaları bərpa oluna bilər: "Saatlarla ağlayır, valideyn bilmir ki, onu necə sakitləşdirsin. Tapmaq üçün ki, onun harası ağrıyır, bütün həkimlərdən keçirirlər. Bütün bunların öhdəsindən valideynlər çətinliklə gəlir. Amma bu maddi çatışmazlıqdan müalicəni axıra kimi gedə bilmirlər".
Ailə övladlarının müalicəsinə yardım edilməsi üçün mütəmadi olaraq müvafiq qurumlara müraciət etsə də, heç bir nəticəsi olmayıb. İndi isə onların ümidi Hüseyn Fətullayevin durumuna biganə qalmayan şəxslərədir:
"Bank Respublika" ASC Kod: 508182
VÖEN 9900001901
M/h: AZ80NABZ01350100000000014944
SWIFT: BRESAZ Ad: Baxtiyar Soyad: Fatullayev
BAN: AZ17BRES00380194400144786301
MilliÖn terminalları üzrə: Bank Respublika ASC
Hesab nömrəsi (AZN) 380194400144786301
Hesab üzrə kod sözü: 09372782
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA