Şimali Koreya ABŞ-ı hədələdi
Şimali Koreya ABŞ-ı təhdid edib.
APA TV-nin məlumatına görə, "Rodong Sinmun" dövlət qəzetində yer alan məqalədə ABŞ-ın "Karl Vinson" təyyarədaşıyan gəmisini koreyalıların bir zərbə ilə batıra biləcəkləri yazılıb.
"Karl Vinson" rəhbərliyindəki ABŞ donanmasının bu həftə Cənubi Koreya sularına çatması gözlənilir. Donanma prezident Donald Trampın əmri ilə yola çıxıb. ABŞ hökuməti Şimali Koreyanın ard-arda baş tutan raket sınaqları qarşısında "strateji səbrin" tükəndiyini açıqlayıb.
"Rodong Sinmun" qəzetindəki məqalədə "İnqilabi qüvvələrimiz müharibə vəziyyətinə hazırdır. ABŞ-ın nüvə təyyarədaşıyan gəmisini tək zərbə ilə batıra biləcək gücə sahibik. Bu iyrənc heyvana ediləcək hücum ordumuzun gücünü göstərəcək", - yazılır.
Şimali Koreyanın digər dövlət qəzeti "Minju Joson"da da buna bənzər yazı var və həmin yazıda "ordumuz düşmənə mərhəmətsiz zərbələr endirərək, dirilmələrinin qarşısını alacaq" kimi fikir var.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır