Neft yenidən bahalaşmağa başladı

“Brent” markalı neft ötən həftənin son seansını ən aşağı qiymətlə başa vurub.

 

APA TV-nin xəbərinə görə, həftə ərzində təxminən 4 dollar ucuzlaşan neftin bir bareli şənbə günü 51,95 dollardan satılıb. Bu həftənin ilk seansında isə neft dəyər qazanmağa başlayıb. Hazırda “Brent” neftinin bir bareli 52,74 dollardan satılır.

 

Qərbi Texas neftinin qiyməti də uzun fasilədən sonra 50 dollardan ucuz olub. Həftəni 49,62 dollarla başa vuran WTİ nefti yeni həftəyə yüksəlişlə başlasa da, ciddi dəyər qazana bilməyib. Səhər seanslarında Qərbi Texas neftinin bir bareli 49,87 dollardan satılıb ki, bu da cəmi 25 sent bahalaşma deməkdir.

 

Sabah axşam Amerika Neft İnstitutu ABŞ-ın neft ehtiyatlarının həcminə dair ilk qeyri-rəsmi hesabatı açıqlayacaq. Ölkənin anbarlarda saxlanan neft ehtiyatları üç həftədir azalır. Bu tendensiyanın bu həftə də davam edəcəyi gözlənilir. Ehtiyatların azalıb-azalmadığı ABŞ Energetika Nazirliyinin çərşənbə günü axşam saatlarında açıqlayacağı rəsmi hesabatdan sonra məlum olacaq. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR