Madriddə yenə MESSİ imzası: "Real" - "Barcelona" 2:3

Aprelin 23-də La Liqada, bütün Avropada həftənin mərkəzi oyunu baş tutub. APA TV-nin məlimatına görə, Madriddə - "Santyaqo Bernabeu"da "Real" "Barselona"nı qəbul edib.

Çempionlar Liqasında mübarizəni dayandıran katalonlar çempionluq uğrunda mübarizəni davam etdirmək, həm də azarkeşləri qarşısında bəraət almaq üçün elə ilk dəqiqələrdən əzmkarlıq nümayiş etdirib.

"El-Klassiko"da hesabı kral klubu açıb. 28-ci dəqiqədə Kasemiro fərqlənib, 1:0.

Madridlilərin sevinci cəmi 5 dəqiqə çəkib, Messi hesaba tarazlıq gətirib, 1:1.

İlk hissə bu hesabla sona çatıb.

İkinci hissədə qarşılıqlı hücumlarla keçən görüşdə 73-cü dəqiqədə Rakitic katalonları önə çıxarıb, 1:2.

Məğlubiyyətlə öz meydanında barışmaq istəyən "Real" 85-ci dəqiqədə hesabı bərabərləşdirməyə Xameslə müvəffəq olub, 2:2.

Amma Messi öz sözünü deyib, oyuna əlavə olunmuş ikinci dəqiqədə argentinalı "Barcelona"nın qələbə qolunu vurub.



 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR