"Türk Telekom Arena"da 90 + ... "Galatasaray" - "Fenerbahçe" 0:1

Türkiyə Super Liqasında növbəti turn oyunları keçirilib. APA TV-nin məlumatına görə, mərkəzi görüş İstanbulda baş tutub.

"Türk Telekom Arena"da "Qalatasaray" əzəli rəqibi "Fənərbaxça"nı qəbul edib.

İlk hissə "sarı-qırmızılı"ların ərazi üstünlüyü keçib. Bir neçə dəfə Volkan komandasını qoldan xilas edib. Hissənin qalan vaxtı ərzində qapılar qarşısında o qədər təhlükəli vəziyyət yarada bilməyən futbolçular fasiləyə bu hesabla gedib.

İkinci 45 dəqiqədə də azarkeşlər fərqli oyuna tamaşa edə bilməyib. Oyun daha çox meydanın mərkəzində və qarşılıqlı kobudluqlarla yadda qalıb. Bəzi hallarda isə azarkeşlər meydana yad cisimlər atıb.

Yalnız görüşə əlavə edilmiş dəqiqələrdə "Fərəbbaxça" bir qol vuraraq matçdan qalib ayrılıb.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR