Fransa səs verir: Prezident seçkilərinin birinci turunun ilkin nəticələri açıqlanıb
Fransada keçirilən prezident seçkilərinin ilkin nəticələri məlum olub. APA TV-nin məlumatına görə, ilk turun nəticələrinə görə "Yürüş" hərəkatının lideri Emmanuel Makron səslərin 23,7, "Milli Cəbhə"nin namizədi Marin Le Pen isə 21,9 faizini toplayıb.
Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon 19,17 faiz səslə üçüncü, solçu namizəd Jan-Lyuk Melanşon 19,2 faiz səslə dördüncü yerdə qərarlaşıb.
Hakim sosialist partiya isə bu səsvermədə rüsvayçı məğlubiyyətlə üzləşib. Onların namizədi Benua Amon bunu tarixi məğlubiyyət adlandırsa da, hər şeyin qabaqda olduğunu deyib. O, seçiciləri ikinci turda Makronu dəstəkləməyə çağırıb.
Bu nəticələrə görə, Emmanuel Makron və Marin Len Pen ikinci tura keçirlər.
Seçkinin ikinci turu isə mayın 7-də keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır