Donbasda ATƏT-in avtomobili minaya düşdü, ölən var - HADİSƏ YERİNDƏN
Ukraynanın Donbas bölgəsində avtomobilin minaya düşməsi nəticəsində ATƏT əməkdaşı ölüb.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri, Ali Radanın deputatı Anton Qeraşşenko bildirib.
ATƏT avtomobilinin minaya düşməsi nəticəsində ölən şəxs Böyük Britaniya vətəndaşı Cozef Stoundur. Partlayış zamanı həmçinin Almaniya vətəndaşı İva Qnelin kontuziya alıb. O, Luqansk şəhər xəstəxanasına yerləşdirilib.
ATƏT də faktı təsdiqləyib.
Hadisə bu gün Slavyanoserbsk rayonunun Prişib kəndində olub. İki avtomobillə Slavyanoserbsk-Sokolnik marşrutu üzrə hərəkət edən ATƏT əməkdaşlarının avtomobillərindən biri minaya düşüb.
OXŞAR XƏBƏRLƏR
14:39
688
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
845
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1392
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1053
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1734
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1206