Hamilə arvadını döydü, vaxtından əvvəl doğulan körpə öldü - ŞİRVANDA DƏHŞƏT

Şirvanda dəhşətli hadisə qeydə alınıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1988-ci il Mədətov Elşad Nazim oğlu 7 aylıq hamilə olan həyat yoldaşı, 1996-cı il təvəllüdlü Ülviyyə Kərimovanı döyərək ona ağır xəsarətlər yetirib.

 

Ü. Kərimova doğum evinə çatdırılıb. Vaxtından qabaq və xəsarətlərlə doğulan uşaq 10 dəqiqə sonra ölüb. Uşağın meyiti Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə müayinə olunmaq üçün təhvil verilib.

 

Ü. Kərimovanın yaxın qohumlarının bildirdiyinə görə, o, əri tərəfindən mütəmadi olaraq işgəncələrə məruz qalıb. Elşad Mədətov polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR