İsmayıllıda iribuynuzlu heyvanlar kütləvi qırılır - SƏBƏB
İsmayıllı rayonunda iribuynuzlu mal-qara arasında naməlum səbəbdən tələfolma halları qeydə alınıb.
Rayonun Qubaxəlili kənd sakinləri APA TV-nin yerli bürosuna bildirib ki, son 10 gün ərzində fərdi təsərrüfatlarda 15-ə yaxın iri buynuzlu heyvanın ölümü ərazidə hansısa xəstəliyin olmasından xəbər verir.
Yerli baytar həkimlər tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq, heyvanlar xəstələnir və qısa vaxtda tələf olur. Əsasən xırda buzovlar bu naməlum xəstəliyə tab gətirməyərək tez ölürlər.
İsmayıllı rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahəliyev APA TV-yə bildirib ki, iribuynuzlu heyvanların ölümü yoluxucu xəstəliklərlə bağlı deyil. Belə ki, son aylar bir sıra yoluxucu xəstəliklərə qarşı mal-qaraya vaksinlər vurulub. Son günlər Qubaxəlilli kəndində ölən heyvanlardan nümunələr götürülərək Dövlət Baytarlıq Nəzarəti Xidmətinə göndərilib. Araşdırmadan sonra ölümün nədən baş verdiyi bəlli olacaq: “Həmin kənddə heç bir yoluxucu xəstəlik yoxdur. Heyvanların qurd xəstəliyindən öldüyü ehtimal olunur. Biz həmin vətəndaşların yanında ölmüş buzovları kəsdik, onların nazik bağırsağından çıxan qurdları onlara göstərərək başa saldıq ki, bu heyvanlar sizin öz səhviniz ucbatından ölüb. Qurd xəstəliklərinə qarşı təsərrüfat sahibləri özləri mübarizə aparmalı, aptekdən lazımi dərman preparatlarını alaraq heyvanları müalicə etməlidirlər”.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA