Güclü külək qərb bölgəsində fəsadlar törətdi

Bu gün səhər saatlarından əsməyə başlayan güclü külək qərb bölgəsində bir sıra fəsadlar törədib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, şiddətli külək nəticəsində Tovuz şəhərində və ətraf yaşayış məntəqələrdə yol və parklarda ağaclar qırılıb.

 

Tovuz, Qazax, Ağstafa rayonlarının bəzi yaşayış məntəqələri elektrik dirəklərinin əyilməsi və naqillərin sıradan çıxması səbəbindən elektrik enerjisiz qalıb. Bəzi yaşayış evlərinin dam örtüyünə də zərər dəyib.

 

Hazırda aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində iş aparır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR