Bakının daha bir küçəsində təmir işləri aparılır
Xətai rayonu Süleyman Vəzirov küçəsinin təmiri işləri aparılır. “Azəravtoyol” ASC-dən APA TV-yə verilən məlumata görə, məqsəd küçə ilə vətəndaşların rahat və maneəsiz hərəkətini təmin etməkdir.
Sözügedən küçənin uzunluğu 700 metr, ortalama eni 12 metrdir. Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Bunun əvəzinə küçəyə 2 qat olmaqla yeni asfalt örtüyü döşənir. Ümumilikdə yolun 10 min kv. m-dən çox hissəsinin asfaltlanması nəzərdə tutulub.
Piyadaların təhlükəsizliyi nəzərə alınaraq hər bir tərəfdə 2-3 metr enində piyada səkiləri qurulur, mövcud olanlar isə bərpa olunaraq asfaltlanır. Piyada səkilərinin kənarlarına 1500 p/m yeni səki daşının düzülməsi işləri aparılıb.
Səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması məqsədilə zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılıb, 6 ədəd yağış barmaqlıqları qoyulub. Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 12 ədəd baxış qapağı yenilənib.
“Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan təmir işləri yekunlaşandan sonra hərəkətin normal təşkili üçün küçə boyu zəruri olan yerlərdə 20 ədəd yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.
Xatırladaq ki, küçə boyu aidiyyəti qurumlar tərəfindən yeni yeraltı kommunikasiya xətləri çəkilib. Təbii ki, kompleks şəkildə aparılan bu işlər yolun asfalt-beton örtüyünün qısa müddət ərzində sıradan çıxmasının qarşısını almış olacaq.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA