Prezident İlham Əliyev Avstriyanın keçmiş prezidentini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Avstriya Respublikasının keçmiş prezidenti Haynts Fişeri qəbul edib.

 

APA TV xəbər verir ki, prezident İlham Əliyev Avstriyaya, Haynts Fişer isə Azərbaycana qarşılıqlı səfərlərini məmnunluqla xatırlayıblar.

 

Dövlət başçısı İlham Əliyev və keçmiş prezident Haynts Fişer ən yüksək səviyyədə əldə olunmuş sazişlərin uğurla həyata keçirildiyini qeyd edib. Söhbət zamanı bugünkü görüşün ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf etməsinin rəmzi məna daşıdığı vurğulanıb, bu illər ərzində Azərbaycanla Avstriya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olunub.

 

Görüşdə həmçinin Avstriyanın ATƏT-də sədrliyinin prioritetləri ətrafında məsələlər müzakirə edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR