İŞİD "paytaxt"ını Rəqqadan köçürdü

"İŞİD Suriyadakı "paytaxtı"nı Rəqqdan Deyr-əz-Zora köçürüb". APA TV-nin "Fox News"-a istinadən məlumatına görə, bu barədə Pentaqon məlumat yayıb.


Deyr-əz-Zor Rəqqanın cənub-şərqinin 90 mil məsafəsindədir. Terrorçuların yerdəyişməsi ABŞ-ın PUA-ları tərəfindən müşahidə edilib.

Pentaqon son vaxtlar koalisiya qüvvələrinin təzyiqi nəticəsində qruplaşmanın bu yerdəyişməyə məcbur qaldığını iddia edib.

Xatırladaq ki, bir müddət əvvəl Pentaqondan Rəqqa üzərinə əlavə hərbi qüvvələr göndəriləcəyi bildirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR