Kreml: Şimali Koreya sərhədinə ordu toplamağımız...
Rəsmi Moskva Rusiya hərbçilərinin Şimali Koreya ilə sərhəd xəttinə toplanması barədə məlumatları təkzib edir.
APA TV-nin məlumatına görə, Rusiya hərbi qüvvələrinin sözügedən bölgədə dislokasiya olunduğu barədə yayılan məlumatlarda bu addımın ABŞ-ın adı çəkilən ölkəyə zərbə endirmək niyyətinə qarşı yönəldiyi qeyd olunub.
Xatırladaq ki, bir qədər əvvəl Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin sərhəddə cəmləşməsini əks etdirən həvəskar görüntülərə Kreml heç bir reaksiya verməyib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov qoşunların ölkə daxilində yerdəyişməsi kimi məsələlərin ictimaiyyətə aid məsələ olmadığını deməklə kifayətlənib.
Şərq Hərbi Dairəsindən isə sərhəddə cəmləşən ordu qüvvələrinin Buryatiyadan hərbi təlimdən qayıtdığı açıqlanıb.
Qeyd edək ki, Şimali Koreya ətrafında vəziyyət son günlər daha da gərginləşib. Ekspertlər isə rəsmi Pxenyanın kontinentlərarası ballistik raket yaratmağa başladığını bildiriblər. Yekun nəticədə ABŞ Koreya yarımadasına üç aviadaşıyıcı zərbə qrupu göndərib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır