ABŞ-da hasilatın artması neftin qiymətini aşağı salır

Ötən gün birjalarda son hərraclar keçirilib.

 

APA TV-nin məlumatına görə, birjalarda "Brent" neftinin qiymətində ciddi ucuzlaşma qeydə alınıb. Bu markadan olan neft bir gün əvvəl 53 dollardan satılırdısa, son satışlarda qiymət 52 dollara düşüb. WTİ neftinin qiyməti də bir dollardan çox ucuzlaşıb. Qərbi Texas nefti 49,61 dollardan satılıb.

 

Rusiyanın enerji naziri Aleksandr Novak  ölkəsinin OPEK və qeyri-kartel ölkələri ilə əldə etdiyi razılaşmaya uyğun olaraq, neft hasilatını azaltdıqlarını bildirib. O, aprel ayının sonuna kimi hasilatın gündəlik 300 min barel kvotasına çatacağını, rəqəmin razılaşmanın vaxtı bitənə qədər dəyişməyəcəyini qeyd edib.

 

OPEK-in əldə etdiyi razılaşmaya əməl olunsa da, neft qiymətlərində gözlənilən səviyyədə bahalaşma qeydə alınmır. Əksinə, son satışlarda neft xeyli ucuzlaşıb. Bunun əsas səbəbi kimi neftin 50 dollardan baha satılması ilə ABŞ-da hasil olunan qaya neftinin istehsalından gəlirin artmasıdır. Bu ölkədə hasilat artdıqca bazara daha çox neft çıxır, nəticədə qiymətlər yenidən ucuzlaşır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR