6 terrorçu hərbi bazaya hücum etdi, 140 hərbçi güllələndi

Əfqanıstanın Məzari-Şərif şəhərində yerləşən hərbi bazaya silahlı hücum olub.

 

APA TV-nin məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Con Tomas bildirib.

 

Terrorçuların hərbi paltar geyinərək təşkil etdiyi hücum nəticəsində ölənlərin sayı 140-a çatıb. Terrorçular bazada cümə namazından çıxanları və yeməkxananı hədəf alıb. 10 terrorçunun öldürüldüyü, birinin sağ ələ keçirildiyi bildirilir.

 

Hücuma görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR