Venesueladakı kütləvi iğtişaşlarda 20 nəfər ölüb
Son üç həftə ərzində Venesuelada baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. APA TV-nin məlumatına görə, polis ölkənin müxtəlif bölgələrində etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Müxalifət hökuməti etiraz aksiyalarını yatırmaq üçün cinayətkar qruplaşmalardan istifadə etməkdə günahlandırır. Ölkə prezidenti Nikolas Maduronun əleyhinə çıxış edən nümayişçilər Venesuela parlamentinin hüquqlarının tam bərpasını, vaxtından əvvəl prezident seçkilərinin keçirilməsini, ölkə iqtisadiyyatının bərpası prosesinin başlanmasını tələb edirlər.
Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti vermişdi. Hazırda qərar ləğv edilsə də, ölkədə iğtişaşlar səngimək bilmir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır