Hacıqabullu “Bonzay” tutuldu
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Qarasu kənd sakini, 1984-cü il təvəllüdlü Hüseynov Şirin Səadətdin oğlu saxlanılıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, saxlanılan şəxsin üzərinə baxış keçirilərkən ondan təxminən 11 qram çəkidə sintetik tərkibli narkotik maddə olan “bonzay” aşkar edilərək götürülüb. Narkomanlar arasında istifadəsinə az rast gəlinən narkotik vasitə olan spays çox təhlükəli hesab edilir. Belə ki, bonzayın qəbulundan sonra insanda böyük hallüsinasiyalar, qarabasmalar və s. baş verir və insan ölümü qarşılamaq vəziyyətində olur. Onu qəbul edən şəxslər arasında intihar edənlərə rast gəlinir.
Qeyd edək ki, Şirin Hüseynov məhz adı çəkilən sintetik narkotik vasitənin satışı ilə məşğul olduğundan kriminal aləmdə “Bonzay” ləqəbi ilə tanınır.
Şirin Hüseynov, saxlanılan şəxs: “Yolla gedirdim yerdən narkotik tapdım. Tapmışam da mən neyləyim ki, mənə narkotik rast gəlib. Rusiyada yaşayandan istifadə edirəm. Yəqin narkotik istifadəçisi olduğuma görə mənə narkotik rast gəldi. Biri içki içir, biri gedir mağazadan alıb içir, biri içə bilmir. Mən ömür boyu içən olmamışam. 10 ildir narkotik qəbul edirəm. Toyda bayramda olur istifadə edirəm”.
Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır