“Borrusiya”nın avtobusuna hücumun şübhəlisi ilə bağlı maraqlı məlumat: klubun səhmlərini alıbmış

Məhkəmə Dortmunda “Borrusiya” futbol klubunun avtobusuna hücumda şübhəli bilinən 28 yaşlı Sergey V. barəsində həbs qətimkan tədbiri seçib. APA TV-nin məlumatına görə, saxlanılan şəxsin ikili vətəndaşlığı var. O, həm Almaniya, həm də Rusiya pasportu daşıyır.

 

Aprelin 11-də Dortmunda Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Borrusiya” və “Monako” klubları arasında oyun keçirilməli idi. Oyuna təxminən bir saat qalmış meydan sahiblərinin avtobusunun yaxınlığında partlayış törədilib. Sonradan polis məlumat yayıb ki, avtobusun yaxınlığında üç partlayış baş verib. “Borrusiya”nın futbolçusu Mark Bartra insident zamanı yaralanıb.

 

Prokurorluğun məlumatına görə, şübhəli şəxs “Borrusiya”nın səhmlərindən 15 minini alıb. O, bunun üçün aprelin 3-də kredit götürüb. Səhmlərin kursu dəyişdiyindən, Sergey adlı şəxs qiymətli kağızların satışından ciddi qazanc əldə edib. O, aprelin 9-13-ü və 16-20-si üçün patlayışın baş verdiyi yola baxan otel otağını əvvəlcədən götürüb. Ona görə ki, ilk oyunun Dortmundda, yoxsa Monakoda keçiriləcəyi hələ bəlli deyildi.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR