Şəmkirdə axtarışda olan mal-qara oğrusu tutuldu
Şəmkirdə mal-qara oğurluğunda şübhəli bilinən dəstənin axtarışda olan üzvü saxlanılıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Mahmudlu kənd sakini, 27 yaşlı Ovçu Hüseynov saxlanılıb.
Həmin şəxs rayonun müxtəlif kəndlərində mal-qara oğurluğunda şübhəli bilinir. Əməllərini etiraf edən Ovçu Hüseynov oğurluq mal-qaranın pulunu kef məclislərinə xərclədiyini deyib: "Keçili, Seyfəli, Çaparlı və Cəfər Cabbarlı kəndlərindən mal-qara oğurladıq. Həmin heyvanları Tovuz və Bərdə bazarlarında satıb pulunu öz aramızda böldük".
Xatırladaq ki, Ovçu Hüseynovun "ovçu" yoldaşları - 23 yaşlı Hacıağa Abbasov, 24 yaşlı Məmməd Məmmədov və 20 yaşlı Ruslan İsmayılov bir neçə gün əvvəl saxlanılıb. İlkin araşdırmalar zamanı dəstə üzvlərinin müxtəlif yaşayış məntəqələrindən ayrı-ayrı şəxslərə məxsus 2 iri buynuzlu və 24 xırdabuynuzlu davarı oğurlaması müəyyən edilib. Hazırda dəstənin digər cinayətlərdə iştirakı araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır