Rusiyada FTX-nin binasına silahlı basqın: iki nəfər öldü

Rusiyanın Xabarovsk şəhərində Federal Təhlükəsizlik Xidmətinin qəbul şöbəsinə silahlı hücum olub.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumata görə, hadisə nəticəsində biri FTX əməkdaşı olmaqla iki nəfər ölüb.
 

Naməlum şəxs şöbəyə daxil olaraq oradakı insanlara atəş açmağa başlayıb. FTX əməkdaşı və orada olan MDB ölkələrindən birinin vətəndaşı ölüb, digəri isə yaralanıb.

Silahlı şəxs cavab atəşi ilə öldürülüb. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR