Şəkidə ağır qəza: mikroavtobus aşdı, 17 yaralı var - SİYAHI
Şəklidə ağır yol qəzası baş verib.
APA TV-nin məlumatına görə, hadisə bu gün saat 13.30 radələrində, Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 30-cu kilometrliyində, Şəki rayonunun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Şəki rayon Şin kənd sakini, 1987-ci il təvəllüdlü Raqif Fərhad oğlu Mürşüdov idarə etdiyi "Mercedes-Bens" markalı, 10 VR 843 dövlət nömrə nişanlı mikroavtobusla Şəkidən Mingəçevir şəhəri istiqamətində hərəkətdə olarkən, idarəetməni itirərək mikroavtobusu yolun kənarına aşırıb. Nəticədə mikroavtobusdak üçü azyaşlı olmaqla 17 sərnişin Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Şəki MRX-dan APA TV-yə verilən məlumata görə, yaralılardan 85 yaşlı Şəki rayon Sarıca kənd sakini Gülqədəm İsabala qızı Eyvazova aldığı qapalı kəllə-beyin travması və ətrafların sınığı dioqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Sürücü Raqif Mürşüdov və digər üçü azyaşlı olmaqla 15 sərnişin - Şəki rayon sakinləri Mustafayev Oxşar Şirin oğlu, Tomrazlı Şəhla Elçin, İsmayılova Səlimə Binnət qızı, Bayramova Zülfiyyə Əlihüseyn qızı, Yusifova Ruhiyyə Ələddin qızı, Camalova Nərmin İmran qızı, Camalova Dərya İmran qızı, Ağdaş rayon sakinləri Babayev Mürvət Hacıbala oğlu Əliəhmədov Rəsul Şahlar oğlu, Mingəçevir şəhər sakinləri Yusifova Şərqiyyə Ələddin qızı, Kərimov Sabit Əliş oğlu, Kərimova Şükufə Məcid qızı, Mustafayeva Kifayət Fəxrəddin qızı, həmçinin Əliyeva Ceyhunə İbrahim qızı və Bağırova Şahanə Etibar qızı müayinə edildikdən sonra xəsarətləri yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır