Rus hakimdən şok iddia: "Peterburq terroru Türkiyədən maliyyələşdirilib"
"Sankt-Peterburq metrosunda törədilən terror aktı Türkiyədən maliyyələşdirilib". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu iddianı Moskvanın Basmannıy məhkəməsinin hakimi Yelena Lenskaya irəli sürüb.
O bildirib ki, Peterbuqda partlayış törətmək müqabilində bir müddət əvvəl həbs olunan Abror Azimov Türkiyədəki qaynaqlardan pul alıb və qardaşı Akram Azimov vasitəsilə onu icraçı Akbarjon Cəliliova ötürüb.
O bildirib ki, Peterbuqda partlayış törətmək müqabilində bir müddət əvvəl həbs olunan Abror Azimov Türkiyədəki qaynaqlardan pul alıb və qardaşı Akram Azimov vasitəsilə onu icraçı Akbarjon Cəliliova ötürüb.
Yelena Lenskaya əlavə edib ki, saxlanılan Abror Azimov terrorçuların Türkiyədən Rusiyaya keçməsi üçün saxta sənədlər hazırlanmasında da bilavasitə iştirak edib. Yaxalanan zaman ondan RQD-5 qumbarası götürülüb.
Bundan əvvəl ələ keçən Akram Azimovun barəsində isə iyunun əvvəlinə qədər həbs qərarı çıxarılıb.
Qardaşların hər ikisi özbək əsilli Qırğızıstan vətəndaşı olub. 2013-cü ildə isə onlar Rusiya vətəndaşlığı alıb.
Xatırladaq ki, Sankt-Peterburq metrosunda aprelin 3-də törədilən partlayış nəticəsində 15 nəfər həyatını itirmişdi.
OXŞAR XƏBƏRLƏR
14:39
745
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
903
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1447
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1056
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1739
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1210