Putin: "Hər şeyə rus xalqı qərar verəcək"
Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının sədri Vyaçeslav Volodinin növbəti prezident seçkiləri zamanı onun varisi olacağı ilə bağlı fikirlərə münasibət bildirib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Vladimir Putin bu məlumatları təkzib edərək, növbəti prezidentin yalnız demokratik yolla keçiriləcək səsvermə zamanı xalq tərəfindən seçiləcəyini qeyd edib.
"Növbəti prezidenti yalnız rus xalqı müəyyən etməlidir. Başqa heç kəs yox" - deyə, Vladimir Putin vurğulayıb.
Qeyd edək ki, bir qədər əvvəl senator Frants Klintseviç mətbuatda yayılan məktubunda Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Rusiyanın növbəti prezidenti olacağını yazmışdı.
OXŞAR XƏBƏRLƏR
14:39
744
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
902
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1446
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1056
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1739
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1210