Vera Brejneva: "Emin Ağalarovla sürpriz hazırlayırıq"
Tanınmış rusiyalı müğənni Vera Brejneva Bakının qonağıdır. Bu gün axşam o, Heydər Əliyev Sarayında “Nömrə 1” adlı konsert proqramı ilə çıxış edəcək.
İfaçı öncə "Avto radio"nun qonağı olub, axşamkı konsertə xüsusi hazırlaşdığını bildirib: “Burada olmaq çox xoşdur. Bu gün Bakıda ilk böyük solo konsertim olacaq. Bu axşam üçün gözəl proqram, musiqi hazırlamışam. Yeni mahnım bir aydan sonra hazır olacaq. Amma bu gün axşam sevilən mahnılarımı təqdim edəcəyəm”.
Populyar müğənni həmçinin bildirib ki, həmkarı Emin Ağalarovla birgə sürpriz hazırlayır: “Biz Eminlə sürpriz hazırlayırıq. Amma bu, hələ layihə deyil. Hələ ki, Eminlə oturub ətraflı söhbət etmək üçün vaxt tapa bilməmişik. Hər halda, 27 iyulda “Jara” Festivalında iştirak edəcəyəm. Eminlə sürprizi də məhz orada təqdim edəcəyik”.
Qeyd edək ki, Vera Brejneva Azərbaycana "Baku Shopping Festival" çərçivəsində gəlib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır