Polislərin üstünə "kislota" atdı, qalanını içdi - BAKIDA DƏHŞƏTLİ HADİSƏ
Bakıda keçmiş məhkum polis əməkdaşların üzərinə kimyəvi məhlul atıb. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Azərbaycan prospektində qeydə alınıb.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan İbrahimov və tanışı, Abşeron sakini Nailə Sadıqova arasında mübahisə düşüb. Bu zaman N.Sadıqova həmin ərazidə xidmət aparan Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşlarını köməyə çağırıb. Polis əməkdaşları E.İbrahimovu intizama dəvət etmək istəyib. Bu zaman E.İbrahimov əlindəki şüşə qabda olan kimyəvi məhlulu iki polis əməkdaşının və N.Sadıqovanın üzərinə atıb. E.İbrahimov daha sonra qalan məhlulu içib.
Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. E.İbrahimov orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:39
742
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
900
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1444
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1056
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1738
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1210