Çin Şimali Koreyaya xəbərdarlıq etdi: BİZ SÜLH İSTƏYİRİK, SİZ İSƏ...
Çin Şimali Koreyaya qonşu ölkələri və ABŞ-ı nüvə silahı ilə təhdid etdiyinə görə xəbərdarlıq edib.
APA TV-nin "Euronews"a məlumatına görə, ölkənin Xarici İşlər Nazirliyinin bu xəbərdarlığı Pxenyanın yeni ballistik raketi sınaqdan keçirmək istəyi ilə əlaqədardır.
Nazirlik rəsmisi Lyu Kan son günlər bölgədə baş verənlərdən narahat olduqlarını dilə gətirib: "Biz çox təəssüflənir və narahat olduğumuzu gizlətmirik. Şimali Koreyanın hərəkətləri çox təhlükəlidir. Çin Koreya yarımadasında və regionda sülh istəyir, bu ərazidə sabitliyin pozulmasına yol verə bilmərik. Rəsmi Pekin dialoq və danışıqların tərəfdarıdır".
Bu arada Pentaqon rəhbəri Ceyms Mettis qeyd edib ki, "Karl Vinson" avidaşıyıcısının liderliyi ilə ABŞ-ın "zərbə qrupu" gələn həftə Koreya sahillərinin yaxınlığında olacaq.
Xatırladaq ki, ötən həftə Pxenyanda Kim İr Senin anadan olmasının 105 illiyi münasibətilə hərbi parad təşkil edilib, müasir silahlar nümayiş olunub və ABŞ-a qarşı sərt tədbirlər görüləcəyi vurğulanıb. Bundan sonra Pentaqon Koreya yarımadasına daha iki hərbi gəmi göndərməyi qərara alıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır