Azərbaycanda bir neçə gün güclü külək əsəcək

Aprelin 21-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 8-12, gündüz 17-22, Bakıda gecə 8-10, gündüz  19-21 dərəcə isti olacağı gözlənilir.

 

Aprelin 22-də gün ərzində Bakı və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin  əsəcəyi gözlənilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir. Aprelin 21-i gündüzdən 25-dək qərb, şimal-qərb küləyinin bəzi yerlərdə arabir güclü olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR